Kəlbəcərdə 2 yük maşını TOQQUŞDU
    • 23-12-2022, 16:48
    • 300

Kəlbəcərdə 2 yük maşını TOQQUŞDU

Dekabrın 23-də Kəlbəcər rayonunun Almalıq kəndi ərazisində 2 yük avtomobili toqquşub.

Bu barədə News24.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, nəticədə sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb.

Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Faktla bağlı araşdırmalar davam etdirilir.