-
- 24-12-2022, 10:22
- 326
Vasif Talıbovun deputat səlahiyyətlərinə xitam verilir? - Komissiya sədri
Vasif Talıbov 27 ildir ki, Milli Məclisin 1 saylı Şərur-Sədərək seçki dairəsindən seçilmiş deputatıdır. Bu müddət ərzində onun parlamentin iclaslarında az iştirak etdiyi müzakirə obyektinə çevrilib.
Milli Məclisin daxili nizamnaməsinə görə, 1 il müddətində parlamentin ardıcıl 15 iclasında iştirak etməyən deputat barədə İntizam komissiyasına təqdimat verilməli və onun deputatlıq səlahiyyətlərinə xitam verilməsinə baxılmalıdır.
Maraqlıdır, bu məsələ parlamentdə müzakirə olunurmu?
Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, bu məsələ rəhbərlik etdiyi komissiyada müzakirə oluna bilməz.
Deputat qeyd edib ki, İntizam komissiyası Milli Məclisdə və iclaslarda intizamsız hərəkət edən deputatlarla məşğul olur:
"Bu adam Naxçıvanda Ali məclisin sədri idi. Hər vaxt gəlib-gedə bilmirdi, işləri olurdu. Buna görə də, o, bir növ icazəli şəxs idi. Bu baxımdan onun parlamentin iclaslarına gəlib-getməsinin İntizam komissiyasına aidiyyəti yoxdur. Bundan sonra nə olacaq, onu bilmirəm. Gələcək hər şeyi göstərəcək. Hələlik bu məsələ müzakirə predmeti deyil”./Teleqraf.com/