-
- 24-12-2022, 12:27
- 377
"Qınanmaqdan qorxmuram” - Nura tənqidlərə cavab verdi
“Sizə bir aydınlıq gətirim, hamı rahat olsun. Mən uşaqlıqdan hamı kimi olmamışam, indiyə kimi də hamı kimi deyiləm. Qınanmaqdan qorxmuram, öz fikrim var və dilə gətirməkdən çəkinmirəm, kiməsə xoş olmaq üçün mələk maskası taxmamışam (taxmıram), kimisə qane etmək üçün danışmıram, işimin xətrinə sevmədiyim adamların üzünə gülmürəm”.
Bu sözləri müğənni Nura Suri sosial mediada yazıb. “Heç kəslə ayaqlaşmağa çalışmıram (ay filankəs belə elədi, mən də belə edim falan). Zatən hamı mənimlə razılaşsa, həmfikir olsa, seçilmərəm. Əgər mənim hər fikrimə, sözlərimə tənqid və ya təhqir yazırlarsa, bu, məni məyus etmir (vecimə almıram). Məni başa düşmək üçün mənim kimi dünyagörüşlü, dərrakəli olmalıdırlar (qınamıram da, heç kəsi). Təvazökar deyiləm, özümə dəyər verirəm”.
Qeyd edək ki, müğənni sonuncu dəfə Baku TV-nin “O kimdir?” verilişində qonaq olub. 50 yaşlı kişi ilə 17 yaşlı qızın nişanlanmasını sərt tənqid edib. O daha sonra şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Könül İBRAHİM