Putin: “Ukrayna ilə danışıqlara hazırıq”
    • 26-12-2022, 11:46
    • 224

Putin: “Ukrayna ilə danışıqlara hazırıq”

Vladimir Putin Rusiya və Ukrayna arasında danışıqlarla bağlı “qəbul ediləcək məsələlər üzrə müzakirələrə hazırıq”, - deyə bildirib.

News24.az xəbər verir ki, Putin rusiyalı jurnalist Pavel Zarubinin proqramına qatılıb və gündəmlə bağlı xüsusi açıqlamalar verib.

O, regional rəqiblərin Rusiya ilə bağlı “parçala və hökm sür” strategiyalarının olduğunu deyib.

Rusiya prezidenti Qərbin Rusiyanı parçalamağı hədəflədiyini qeyd edib: “Onlar hər zaman bunu etməyə çalışırlar. Ancaq bizim məqsədimiz rus xalqını birləşdirməkdir. Düşünürəm ki, düzgün istiqamətdə gedirik. Öz milli maraqlarımızı qoruyuruq. bizim xalqımız. Bunu etməkdən başqa çarəmiz yoxdur”. /TRT Haber/