-
- 26-12-2022, 14:55
- 10 223
Kriminalist Misir Qasımlı ilə bağlı şok faktlar AÇIQLADI
Misir Qasımlı və Sübhan Quliyevin Ukraynada həbs səbəbi ilə bağlı növbəti material yayılıb.
News24.az bildirir ki, M.Qasımlının 44 günlük müharibədə iştirak etməsi səbəbindən onun Ukraynada həbs edilməsi birmənalı qarşılanmır. Bir çoxu M.Qasımlının ermənilərin əli ilə şərləndiyini də bildirir. Buna görə hətta Ukraynanın Bakıdakı səfirliyinin qarşısında izdihamlı aksiya da keçirilmişdi.
Lakin bir müddət əvvəl Misir Qasımlı və Sübhan Quliyevin doğrudan da cinayət törətdiyini təsdiqləyən Əli Quliyev geniş araşdırma yazısı ilə çıxış etdi.
İndi isə kriminalist-ekspert İlqar Altaylı Ukrayna səfirliyinə, həmçinin digər mənbələrə istinadla, hadiə ilə bağlı detallı təfərrüatı açıqlayıb:
6 dekabr 2022-ci il tarixdə Ukraynanın Kiyev vilayəti Obuxov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan vətəndaşları Misir Elman oğlu Qasımlı və Sübhan Babək oğlu Quliyev 8 il müddətə azadlıqdan mərhum edildi.
Aldığım bütün məlumatların mənbəyi - məhkəmə sənədləri, istintaq, prokurorluq, ittiham aktı, məhkəmə hökmü, Azərbaycan diasporu, səfirlik və həm də Ukraynada yaşayan, Misir və Sübhanın məhkəməsində iştirak edən azərbaycanlılardır.
Əslində hadisə necə olub?
09 iyun 2021-ci il. Misir və Sübhan Kiyev vilayətində yerləşən "Cast Kafe"də dincələrkən İspaniya vətəndaşı (həmçinin Böyük Britaniya) Məhəmməd Əli Yusif Aça adlı Afrika doğumlu xarici vətəndaşla kontakt yaradıb, söhbətləşir. Ukraynalı dostları kafeni tərk edir. Məhəmməd Misir və Sübhanla bir stola əyləşir və onların da hesablarını ödəyir.
Sonda isə Məhəmməd Əli Yusif məskunlaşdığı otelə getmək istəyəndə, Misir Məhəmmədə birgə getməyi təklif edir (kafedəki videokameralarda videogörüntülər məhkəməyə sübut, dəlil kimi təqdim edilib). Saat 03:20-də "Cast Kafe"dən çıxaraq, Misirin subicarəyə götürdüyü "Hunday Sonata" markalı, dövlət qeydiyyat nömrəsi KA 9658 BK olan avtomobilə əyləşirlər.
Avtomobili guya Misir və Sübhanın tanımadığı şəxs idarə edir, qabaq sərnişin oturacağında Misir, arxada solda Məhəmməd Əli Yusif Aça, arxa sağda isə Sübhan oturur.
Məhəmməd Əli Yusif Aça avtomobilin deyildiyi istiqamətdə hərəkət etmədiyini anladıqda etiraz edir. Bu an Misir tapançasını çıxararaq onu sakit qalmağa çağırır, Sübhan isə bıçağı onun boğazına söykəyir. Avtomobili saxlatdıran Sübhan Əli Yusifin sol tərəfinə keçərək, onun avtomobildən çıxışını tam bloklayır.
Məhəmməd Açanın üstündə olan 5 min ABŞ dolları, Ukrayna qrivnası, qolbaq və 8264 ABŞ dolları dəyərində "Roleks" markalı saat, plastik kartlar və telefon götürülür. Telefona giriş əldə edən Misir telefonda kriptovalyuta hesabını və plastik bank kartlarına icazə proqramını görür. Misirlə Sübhan bıçaqla zərərçəkənin sol qıçına xəsarət yetirməklə, ona onların istədiyi bütün məlumatları verməyi tələb edir və başına paket (sellofan) keçirərək, ona işgəncə verirlər. Misir zərərçəkmişdən götürdüyü telefona Face İD proqramı ilə (sifət tanımaq) ona giriş əldə edir, kartlara girişi yoxlayır.
Məhəmməd Əli Yusifi avtomobildən düşürərək meşəyə aparırlar. İngilscə bilən taksi sürücüsü Məhəmmədə Misirin istədiyi bütün məlumatları tam verəcəyi təqdirdə onu sağ buraxacaqlarını söyləyir. Nəhayət, Məhəmməd Əli Yusifi bədən xəsarətləri ilə meşədə atan Misir və Sübhan çıxıb gedirlər.
Məhəmməd Əli Yusif Açanın meşədə saxlanması 2 saata yaxın davam edib. Məhəmməd yola çıxır və yaxındakı "Moto" yanacaqdoldurma məntəqəsinə çatıb, taksi çağırır, qaldığı otelə yetişir və polis orqanlarına şikayət edir.
Polis dərhal isti izlərlə kafedən video-kamera görüntüləri və mobil telefon operatorlarından aldıqları məlumatlara əsasən, Misirin yerləşdiyi əraziyə gəlir. Araşdırma zamanı məlum olur ki, Misir və Sübhan 09 iyun 2021-ci ildə 09:35-də Məhəmməd Əli Yusifə Açaya məxsus olan, A5402055966230010 n. plastik bank kartı ilə Kiyev vilayəti Sobornaya 124 ünvanında olan bankomatdan 413 avro çıxarıb. 09:45-də elə həmin küçədə - Sobornaya 44 A ünvanında yerləşən Oşadnıy Banka məxsus ATM-dən vəsait götürmək istəyəndə artıq kartın sahibi tərəfindən hesabın bloklandığının şahidi olurlar.
Həmçinin, onlar 3-cü adamın köməkliyi ilə 09.06.2021-ci il tarixində, saat 07:07 dəqiqədə Məhəmməd Əli Yusifə məxsus kriptovalyuta hesabından 12 000 ABŞ doları məbləğindəki vəsaiti də özlərinə məxsus karta köçürüblər.
İndi isə istintaq tərəfindən toplanmış Misir və Sübhanın çinayət törətməsini sübut edən bəzi dəlilləri nəzərinizə çatdırıram:
1. Misirin rəsmi müqavilə əsasında subicarəyə götürdüyü boz rəngli "Hunday Sonata" markalı avtomobilin hərəkəti zamanı tam küçə nəzarət kameraları və avtomobildə icarəyə verən şirkət tərəfdən quraşdırılan GPS izləmə avadanlığının bütün trayektoriyanı göstərdiyi video material;
2. 09.06.2021-ci il tarixli Kiyev vilayəti Nevesnoy Sotni 26/17-də nəzarət kameraları tərəfindən fiksasiya olunmuş görüntülər;
3. Meşədə hadisə yerində olan izlər;
4. 02.08.2021-ci il tarixli, Misirə məxsus İ-pone X354873090 156524 İM koda malik telefonun qalareyasında olan skrin şəkillər və həm də axtarış tarixçəsində (cinayətin törədilmə tarixi, saatına uyğun) linklər. Telefonun yaddaşından tapılan skrin şəkillərdə birja kursları, elektron valyuta, Məhəmmədin bank kartı hesabından Misirin öz kartlarına etdiyi köçürmənin təsdiqi və həm də 04.05.2021-ci il tarixdə çəkilmiş, cinayət zamanı onlarda olan tapança şəkli aşkar edilib.
Və telefonun internet axtarış tarixçəsində isə məhz cinayət törədilən, saat 03:50-05:19-a qədər rus-ingilis dili tərcümə proqramından istifadə edilib. Zərərçəkmişə məxsus "Roleks" markalı saatın qiymətinin axtarışı da telefonun axtarış tarixçəsində var.
5. Misirə məxsus +380 66 879 63 XX , +380 66 851 39 XX, Sübhana məxsus +380 66 879 63 XX, zərəçəkmiş - Məhəmməd Əli Yusif Açaya məxsus +4794466 37 XX (telefon nömrələrinin son iki rəqəmini bağlı saxlayıram) nömrəli sim kartların istintaqın telefon operatorlarından alınmış hərəkət trayektoriyasının eyni məkana (Kiyev vilayəti, Obuxov rayonu, Taçenki kəndi) və zamana uyğunluğu;
6. Misir Qasımlının kirayələdiyi evdən götürülən Türkiyə istehsalı "Ekol" maarkalı "Major" model, EM2-19050851 N-li və kustar üsulla işlənmiş yivsiz, 9 mm kalibrdə olan tapançanın kriminal ekspertizası zamanı tapança üzərinəki əl izləri.
Ümumiyyətlə isə sübutlara aid videolar 4 ədəd DVD R diskdən, 41 ədəd fotoşəkildən ibarətdir.
Bu ağır cinayət işi ilə, sənədlərlə tanışlığa, Misir tərəfdən məhkəmədə iştirak edən şəxslər, Azərbaycan diasporu və digər tanınmış azərbaycanlılardan aldığım məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu işdə heç bir erməni izi yoxdur. Və yayılan şayiələrin əksinə, zərərçəkmiş Məhəmməd Əli Yusif Açanın ermənilərlə nə qohumluq, dostluq, nə də işguzar əlaqəsi var. Mərkəzi Afrikada doğulmuş, dini də islam olan bir ərəbin erməni kimi qələmə verilməsi Misirin uydurmasıdır.
Hakim haqqında onu deyə bilərəm, o, cəbhədə könüllü döyüşür və tanınmış azərbaycanlılarla yaxşı münasibətdə olan insandır.
O ki qaldı bu məhkəmə işi ilə Azərbaycan hökumətinin maraqlanmağına - Ukraynadakı səfirlik, Azərbaycanın Ukraynadakı diasporu ilə sıx əlaqə saxlanılıb, Azərbaycan XİN tərəfdən səfirliyə tapşırılıb ki, iş nəzarətdə olsun, Ukrayna tərəfə məktub ünvanlanıb. Azərbaycanın yüksək dairələri tərəfdən Ukrayna Prezident Ofisinin rəhbəri Yermaka zəng edilib. Yermak isə Baş prokurora işin obyektiv aparılması üçün hər şey edilməsini xahiş edib, Azərbaycan ictimaiyyəti və dövlətinin narahatlığını çatdırıb.
Misir və Sübhanın törətdiyi bu ağır cinayətə görə Ukrayna Cinayət Məcəlləsində 8 ildən 16 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hakimsə məhz Misirin Qarabağ müharibəsi iştirakçısı olması və Azərbaycan ictimaiyyətində narahatlığa görə cəzanın ən aşağı həddini təyin edib./ axar.az/