Qonşularının qapısına nəcis yaxan qadın kameraya düşdü - VİDEO
    • 26-12-2022, 17:47
    • 177

Qonşularının qapısına nəcis yaxan qadın kameraya düşdü - VİDEO

Antalyada qonşularını daima narahat edən qadın hərəkəti ilə hər kəsi şoka salıb. 

News24.az xəbər verir ki, qonşuların qorxulu yuxusuna çevrilən İran əsilli qadın mənzillərin divarlarına müxtəlif hədələyici sözlər yazıb.

Eyni zamanda o, bəzi mənzillərin qapılarına nəcis yaxıb, önündə ocaq yandırıb, zibil atıb. 

Mənzil sakinlərinin sosial şəbəkədə paylaşdığı görüntülərdən sonra Alanya Prokurorluğu araşdırmalara başlayıb.

Görüntülərdə qadının hərəkətləri saniyə-saniyə qeydə alınıb və görənləri təəccübləndirib.

Zibil atan və qapılara yazı yazan qadının yanğın törədərək təhlükəsizlik kameralarını zədələdiyi də qeydə alınıb. 

Qadın və onun otaq yoldaşı Türkiyədən deportasiya edilib. /Haber Global/

Teymur Məmmədov