Pele ailə üzvləri ilə vidalaşdı- VİDEO
    • 26-12-2022, 22:11
    • 255

Pele ailə üzvləri ilə vidalaşdı- VİDEO

Bağırsaq xərçəngi ilə mübarizə aparan Braziliya millisinin sabiq futbolçusu Pele ailə üzvləri ilə vidalaşıb.

News24.az xəbər verir ki, San-Pauludakı Albert Eynşteyn xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən üçqat dünya çempionunun vəziyyəti getdikcə pisləşir.

Əfsanəvi oyunçu video zəng vasitəsilə yaxınları ilə sağollaşıb.

Pelenin doğma komandası olan Braziliyanın “Santos” klubu isə artıq onun ölümünə hazırlaşır. Belə ki, komandanın stadionunda artıq Futbol Kralına həsr olunmuş qızıl tabut qoyulub.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib. /Report/