Əfsanəvi futbolçu xəstəxanaya yerləşdirildi
    • 3-04-2019, 18:42
    • 1 035

Əfsanəvi futbolçu xəstəxanaya yerləşdirildi

Braziliyalı əfsanəvi futbolçu Pele Fransanın paytaxtı Parisdə xəstəxanaya yerləşdirilib.

News24.az
"Report"a istinadən xəbər verir ki, o, PSJ-nin oyunçusu Kilian Mbappe ilə görüşdükdən sonra oteldən xəstəxanaya aparılıb.
78 yaşlı sabiq hücumçunun sağlamlığı ilə bağlı təhlükənin olmadığı və ehtiyat tədbirləri məqsədi ilə xəstəxanaya çatdırıldığı bildirilib. 
Qeyd edək ki, Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən əsrin oyunçusu seçilib.