-
- 27-12-2022, 18:32
- 275
Tovuzda 13 yaşlı qızın ərə verilməsiylə bağlı İDDİA
Tovuz rayonunun Alakol kəndində 13 yaşlı qız üçün təmtəraqlı nişan məclisinin təşkil edildiyi iddia olunur.
News24.az xəbər verir ki, bu barədə “Facebook”da məlumat yayılıb. Bildirilib ki, bayramadək qıza toy etmək planlaşdırılır. Qızın 14 yaşının apreldə tamam olacağı da qeyd olunub.
Tovuz rayon Polis Şöbəsindən bu barədə məlumat verilib.
Bildirilib ki, hər iki tərəfin valideynləri rayon polis şöbəsinə dəvət olunub:
“Onlara bildirilib ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslərin evləndirilməsi cinayət məsuliyyəti yaradır və həmin şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Onlarla profilaktik söhbət davam etdirilib, hər iki tərəf nişan mərasimi keçirdiklərini və qızın yaşı qanunla müəyyən olunmuş həddə çatandan sonra toy edəcəklərini bildiriblər. Faktla bağlı zəruri araşdırmalar davam etdirilir”./oxu.az/