-
- 28-12-2022, 01:10
- 211
Özbəkistanda 18 uşağın ölümü ilə bağlı cinayət işi açılıb
Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Quramax Medical” şirkətinin idxal etdiyi Hindistan istehsalı kəskin respirator virus infeksiyaları əleyhinə dərman vasitəsi səbəbindən 18 uşağın ölümü ilə bağlı cinayət işi açıb.
Bu barədə TASS məlumat yayıb.
“Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi tərəfindən “Quramax Medical” MMC-nin və “Dərmanların Standartlaşdırılması Elmi Mərkəzi” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb, şübhəlilər DTX-nin təcridxanasına yerləşdirilib”, - deyə idarənin teleqram kanalında yerləşdirilən məlumatda bildirilib.
Qeyd olunub ki, şübhəlilər cinayət məcəlləsinin keyfiyyətsiz və ya saxtalaşdırılmış dərman vasitələrini və ya tibbi məmulatları istehsal etmə, hazırlama, əldəetmə, saxlama, daşıma, satma, habelə dərman vasitələrinin satışı və ya satışı qaydalarını pozma maddəsi ilə ittiham olunurlar. Saxlanılanları 10 ildən 15 ilə qədər həbs gözləyir. /Report/