Laçın yolunda aksiya keçirilən yerdən RSK-nın üç avtomobili maneəsiz keçdi
    • 28-12-2022, 10:35
    • 296

Laçın yolunda aksiya keçirilən yerdən RSK-nın üç avtomobili maneəsiz keçdi

Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

News24.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus 2 yük və 1 minik avtomobilindən ibarət təminat kolonu Xankəndidən Laçın istiqamətinə keçib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb./apa.az/