Oteldə yanğın - 10 ölü, 30 yaralı
    • 29-12-2022, 10:44
    • 192

Oteldə yanğın - 10 ölü, 30 yaralı

Kambocanın Poypet şəhərində ölümlə nəticələnən yanğın olub.

News24.az xəbər verir ki, yanğın dekabrın 29-na keçən gecə “Grand Diamond City Hotel and Casino”da baş verib.

İlkin məlumata görə, yanğına səbəb otelin birinci mərtəbəsində yerləşən mətbəxindəki qısaqapanma olub.

Yanğın zamanı 10 nəfər həlak olub. Daha 30 nəfər yaralanıb.

Xəsarət alanlar arasında yanğın zamanı zəhərlənənlər və pəncərədən tullananlar da var. 

Fövqəladə hallar xidməti hələ də hadisə yerindədir. Yerli KİV-in məlumatına görə, otelin içərisində hələ də 400 nəfər ola bilər. /Ren Tv/

Teymur Məmmədov