Yenidən həyata dönənlərin filminin qala gecəsi - -FOTO
Şou
Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulovanın çəkildiyi “Dönənlər” filminin təqdimat gecəsi keçirilib.
News24.az xəbər ki, Nizami Kino Mərkəzində baş tutan gecəyə filmin tanınmış aktyor heyəti və sənət dünyasının məşhur simaları qatılıb.
Aktrisa Oksana Rəsulova çəkiliş prosesinin çətinliyini qeyd edib:
“Bir çoxlarının həyatı bu filmdən sonra dəyişəcək. Bizim həyatımız da çəkilişlər zamanı çox dəyişmişdi. Məsələn, film üçün saçlarımı sarı rəngə boyatdırmışdım. Çəkilişlər bitdikdən sonra dərhal əvvəlki rəngimə qayıtdım, qaraltdım. Obrazımdan xoşum gəlir, yaxşı rolum var”.
Əməkdar artist Dilarə Əliyeva çəkiliş prosesinin ağır keçdiyini vurğulayıb:
“Axşam saat 8-də çəkiliş meydançasına girirdik, səhər 8-də çıxırdıq. Film inanılmaz gərgin rejimdə keçirdi. Çox tərəddüd edirdim. Çünki tamaşaçıların qınağından qorxurdum. Amma indi düşünürəm, yaxşı ki, razılıq vermişəm”.
Aktyor Elcan Rəsulov isə obrazının ağırlığından bəhs edib:
“Mənə təklif gələndə çox düşündüm. Çünki tənqidlərdən qorxurdum. Amma bu film 25 ölkədə çəkilib. Sabah çox yaxşı mükafat ala bilər. İstəyirəm mənim də adım o siyahıda olsun. Bir sözlə, bu yenidən həyata dönənlərin filmidir”.
Qeyd edək ki, filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara, əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirrləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.
Ekran əsərinin ssenari müəllifi Fariz Əliyev, Əcəmi Əsədulla, rejissoru Vüsal Hacıqədirdir. Posteri isə fotoqraf İsmayıl Rzayev və dizayner Pərviz Babayev birgə hazırlayıblar.
Könül İBRAHİM
Teymur MƏMMƏDOV