Ötən il Azərbaycandakı ölümlərin 1 nömrəli səbəbi
    • 18-01-2019, 18:41
    • 1 275

Ötən il Azərbaycandakı ölümlərin 1 nömrəli səbəbi

Bütün dünyada olduğu kimi, Azərbaycanda da 2018-ci ildə ürək-damar xəstəlikləri ölümə və əlilliyə səbəb olan bir nömrəli xəstəlik oldu.
Bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudov məlumat verib.

R.Mahmudovun sözlərinə görə, çox zaman dializ olunan xəstələr belə sonda ürək-damar çatışmazlığından dünyasını dəyişir: "Ürək-damar xəstəlikləri ilə mübarizə səhiyyə ilə bağlı nəticələrin yaxşılaşmasına töhfə verir”.