Estoniyanın keçmiş Baş naziri vəfat etdi
    • 29-12-2022, 22:03
    • 270

Estoniyanın keçmiş Baş naziri vəfat etdi

Estoniyanın keçmiş Baş naziri Edqar Savisaar 72 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə ERR milli yayım korporasiyasının portalı məlumat yayıb.

Ölümün səbəbi barədə məlumat verilmir.

Edqar Savisaar 1990-1992-ci illərdə Estoniyanın Baş naziri olub. 2005-2007-ci illərdə iqtisadiyyat və rabitə naziri vəzifəsində çalışıb. O, iki dəfə (2001-2004 və 2007-2015) Tallin şəhərinin meri olub.