“Arif Alışanov, mənimlə ədavətin nə idi?” – Video
    • 19-01-2019, 10:14
    • 773

“Arif Alışanov, mənimlə ədavətin nə idi?” – Video

Əməkdar artist Vasif Məhərrəmli vəzifəsindən azad edilən AzTV-nin sədri Arif Alışanova müraciət edib. Tanınmış müğənni instaqram səhifəsində video paylaşaraq kanalın sabiq rəhbərindən “zapret”ə düşmə səbəbini soruşub.

O, A. Alışanovu peşəkar televiziya rəhbəri kimi görmədiyini qeyd edib: “Videonu paylaşmaqda məqsədim var. Son vaxtlar cənab prezident tərəfindən aparılan kadr siyasəti məni mədəniyyət əsgəri kimi çox sevindirir. 10 ildən artıqdır ki, AzTV-də yoxam. Kanalın təşkil etdiyi təbirlərə dəvət almıram, çıxış etmirəm.
Bunun səbəbini Arif Alışanovdan soruşmaq istəyirəm. Mənimlə ədavətin nə idi? Cavab verə bilməyəcəksən. Çünki peşəkar insan, televiziya adamı deyilsən. Öz işinlə məşğul olsan daha yaxşı olar. Gec-tez haqq-ədalət öz yerini tutur”.

//Qafqazinfo