Arif Alışanov teleaparıcı ilə ailə qurdu
    • 25-07-2019, 14:28
    • 1 046

Arif Alışanov teleaparıcı ilə ailə qurdu

AzTV QSC-nin sabiq sədri Arif Alışanov yenidən ailə qurub.

O, "Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nikaha girib. Cütlüyün izdivacdan bir oğlu var. Mənbə bildirib ki, həyat yoldaşı A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.

Xatırladaq ki, Arif Alışanov bu il yanvarın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla AzTV sədrliyindən azad edilmişdi. Bundan az əvvəl xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova ondan boşanıb. Mehriban Alışanova hazırda Hesablama Palatasının beş auditorundan biridir. Onların bu evlilikdən üç övladı var.

Qeyd edək ki, boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilmişdi. Keçmiş sədr bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi korrupsiya və cinayət ittihamları səslənmişdi.

Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar açıqlamışdı.(Gununsesi.org)