Keçmiş arvadınının iş yerinə gedib onu söydü, həbs edildi
    • 30-12-2022, 13:33
    • 278

Keçmiş arvadınının iş yerinə gedib onu söydü, həbs edildi

Mingəçevirdə keçmiş arvadının iş yerinə gedərək dava-dalaş salan şəxs həb edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 23-də baş verib.

1975-ci il təvəllüdlü Rüfət Musayev boşandığı həyat yoldaşı ilə əmlak bölgüsünə görə yaranmış mübahisə səbəbindən onun işlədiyi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gedib. Burada qadın keçmiş əri ilə söhbət etməkdən imtina edib. Nəticədə R.Musayev qışqıraraq səs-küy salmağa, qadını söyməyə başlayıb. Əraziyə polis əməkdaşları cəlb edildikdən sonra o, çətinliklə şöbəyə aparılıb.

R.Musayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib.

Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka həbs cəzası verilib.

Taleh BAĞIROV