-
- 1-01-2023, 10:09
- 624
Bu gündən bu şəxslərə 600 manat müavinət veriləcək
Bu gündən Azərbaycanın işğaldan azad edilən ərazilərində işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq.
News24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Əmək Məcəlləsində və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:
- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;
- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;
- Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.
Qanun 2028-ci il yanvarın 1-dək qüvvədə olacaq.