Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 158 mina aşkarlandı
    • 29-06-2021, 10:29
    • 526

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 158 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

Agentlikdən News24.az-a verilən xəbərə görə, iyunun 21-dən 25-dək işğaldan azad edilən ərazilərdə 84 piyada əleyhinə, 74 tank əleyhinə mina, 134 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Ümumilikdə 111 ha ərazi mina və PHS-lərdən təmizlənib.