Gədəbəydə polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi
    • 2-01-2023, 09:42
    • 169

Gədəbəydə polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in mətbuat xidmətindən News24.az -a bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib.

O, xəstəxanaya yerləşdirilib. Araşdırmalar davam etdirilir.