“Azəriqaz”ın rəhbərindən partlayışla bağlı açıqlama - VİDEO
    • 2-01-2023, 22:57
    • 236

“Azəriqaz”ın rəhbərindən partlayışla bağlı açıqlama - VİDEO

"Azəriqaz" İB-nin direktoru Ruslan Əliyev bu gün Binəqədi rayonunda hündürmərtəbəli yaşayış binasında baş verən partlayışla bağlı ictimaiyyətə açıqlama verib.

News24.az xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbəri təmsilçilərinin  hadisədən çox keçməmiş partlayış baş verən ərazidə olduqlarını bildirib: 

"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

İlkin məlumata əsasən, on yeddi mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzildə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Təhlükəsizlik tədbirləri baxımından dərhal ərazidə qaz təchizatı dayandırılıb. 

Faktla bağlı araşdırma aparılır".