Ərdoğan Putinlə Ukrayna və Suriyanı müzakirə etdi
    • 5-01-2023, 14:07
    • 322

Ərdoğan Putinlə Ukrayna və Suriyanı müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, Türkiyə lideri danışıq zamanı Rusiya-Ukrayna müharibəsində sülh səylərinin birtərəfli atəşkəs və ədalətli həll üçün baxış ilə gücləndirilməli olduğunu vurğulayıb. 

İki lider həmçinin enerji və Qara dəniz dəhlizini müzakirə edib.

R.T.Ərdoğan V.Putinə Suriya sərhəd bölgəsinin kürd silahlarılarının təmizlənməsi üçün konkret addımların atılmasının vacibliyini bildirib. /Reuters/

Teymur MƏMMƏDOV