Ərdoğan Zelenski ilə son vəziyyəti müzakirə etdi
    • 16-03-2022, 22:30
    • 1 888

Ərdoğan Zelenski ilə son vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, Ərdoğan Rusiya-Ukrayna müharibəsinin müzakirə olunduğu söhbətdə daimi atəşkəsin vacibliyini vurğulayıb.

Prezident Ərdoğan ukraynalı həmkarı ilə Rusiya Prezidenti Vladimir Putini bir araya gətirmək üçün səylərini davam etdirəcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşündə ən qısa zamanda daimi atəşkəsə nail olmağı hədəflədiklərini və müharibənin davam etdirilməsinin heç kimə fayda vermədiyini bildirib.