-
- 19-01-2019, 14:25
- 1 034
Donald Tramp: "Qarabağ probleminin sülh yolu ilə həlli beynəlxalq təhlükəsizliyi gücləndirəcək"
ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın Baş naziri təyin olunması ilə əlaqədar təbrik məktubu göndərib.
O, məktubunda N.Paşinyanı Baş nazir təyin edilməsi və siyasi blokunun 2018-ci il dekabr ayında keçirilmiş parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
"Birlikdə biz ticarət və iqtisadi əlaqələri dərinləşdirmək üçün səylərimizi inkişaf etdirə bilərik", - D.Tramp yazıb.
ABŞ lideri qeyd edib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli bu səylərə öz töhfəsini verəcək.
Xatırladaq ki, yanvarın 14-də Nikol Paşinyan ölkə Prezidenti Armen Sarkisyan tərəfindən Baş nazir təyin olunub. Ötən il dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, Paşinyanın bloku 132mandatdan 88-ni qazanıb.
//Report