Vasif Talıbova məxsus daşınmaz əmlakların sənədləri itib
    • 6-01-2023, 09:12
    • 229

Vasif Talıbova məxsus daşınmaz əmlakların sənədləri itib

Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.

News24.az xəbər verir ki, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.

Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.

Qeyd edək ki, "Gəmiqaya Şirkəti" MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir./ report.az/