"WhatsApp"da internetsiz mesajlaşmaq mümkün olacaq
    • 6-01-2023, 09:47
    • 214

"WhatsApp"da internetsiz mesajlaşmaq mümkün olacaq

“WhatsApp” mesajlaşma proqramı istifadəçilərə proksi-serverlər vasitəsilə əlaqə saxlamağa imkan verəcək.

News24.az xəbər verir ki, bununla da istifadəşilər internetin bağlanması, bloklanması və ya kəsilməsi halında onlayn ola biləcəklər. 

WhatsApp-ın paylaşdığı bloq yazısında aşağıdakı ifadələr də yer alıb:

“2023-cü ilin əvvəlini şəxsi mesajlar və ya zənglərlə qeyd etsək də, internet kəsilməsi səbəbindən bir çox insanın hələ də sevdikləri ilə görüşməkdən məhrum olduğunu bilirik. Bu insanlara kömək etmək üçün biz bu gün bütün dünyada "WhatsApp" istifadəçiləri üçün "proksi" dəstəyi təklif etməyə başlayırıq. Beləliklə, gücü onların əlinə veririk ki, internetə çıxışı bloklanan və ya kəsilən insanlar "WhatsApp"-a daxil olmağa davam edə bilsinlər. Proksi vasitəsilə əlaqə "WhatsApp"-ın təmin etdiyi yüksək məxfilik və təhlükəsizlik səviyyəsini azaltmır. Şəxsi mesajlarınız şifrələmə ilə qorunur. Beləliklə, mesajlarınız sizinlə əlaqə saxladığınız şəxs arasında qalır və "proksi" serverlər, "WhatsApp" və "Meta" daxil olmaqla, başqa heç kimə görünmür".

Teymur MƏMMƏDOV