"Bu il 3 milyon ağacın əkilməsi nəzərdə tutulub"
    • 6-01-2023, 13:27
    • 217

"Bu il 3 milyon ağacın əkilməsi nəzərdə tutulub"

"2023-cü ildə meşə-bərpa tədbirləri çərçivəsində 5 tondan yuxarı müxtəlif cinsdə, ümumilikdə 21 növdə ağac toxumları səpilib. 4 milyon ağac tingi yetişdirməyi planlaşdırırıq. Qarşıdakı ildə ilkin plana görə, 3 milyon ağac əkilməsi nəzərdə tutulub". 

News24.az xəbər verir ki, bunu 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib. 

O bildirib ki, 2023-cü ildə ümumilikdə 1200 hektar ərazidə əkin işləri aparmaq nəzərdə tutulub.

Qumral