"Qarabağ" Şahruddinlə müqaviləni yeniləyib
    • 6-01-2023, 19:38
    • 207

"Qarabağ" Şahruddinlə müqaviləni yeniləyib

"Qarabağ" qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqaviləni yeniləyib.

News24.az-ın məlumatına görə, klub bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.

29 yaşlı qolkiperin seyvlərindən ibarət video-çarxın üzərində ingilis dilində "Soon" (Tezliklə) yazılıb. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi tezliklə sözləşmənin detallarını açıqlayacaq.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"da çıxış edir. O, Azərbaycan millisinin də əsas qapıçısıdır.