-
- 7-01-2023, 01:45
- 269
Çin və Hindistan Rusiyada neft axtaracaq
Rusiya neftinin ən böyük alıcıları olan Çin və Hindistan Rusiyanın Arktika regionundan neft axtarışına üz tutub.
News24.az xəbər verir ki, Rusiyanın Hindistana ixrac etdiyi Arktika xam nefti may ayından etibarən artmaqdadır.
Arktika növləri kimi tanınan və Asiya bazarına daha az satılan “Arco”, “Arco/Novy Port” və “Varandey” xam neft qarışıqları Çin və Hindistan bazarlarında istifadə olunan əmtəəyə çevrilib.
Rusiya ötən ilin noyabrında Hindistana rekord həddə - 6,67 milyon barel xam neft ixrac edib, dekabrda isə tədarüklər 4,1 milyon barel təşkil edib. Bu ixracın əsas hissəsini “Qazprom”un istismar etdiyi yataqlarda hasil edilən “Arco” və “Arco/Novy Port” markalı xam neft təşkil edib.
Keçən həftə Hindistan 2022-ci ilin noyabrında Rusiyanın Murmansk limanından yüklənmiş xam neftin ilk partiyasını təhvil alıb. Təxminən 900 min barel xam neft Hindistanın Kerala əyalətindəki Koçi limanına çatdırılıb.
Digər tərəfdən, Arktika nefti ilə yüklənmiş ən azı 3 neft tankeri Çinə göndərilmək üçün Murmansk limanından yola düşüb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın enerji sektoru Qərb ölkələrinin tətbiq etdiyi ağır sanksiyaların hədəfinə çevrilib. Avropa dekabrın 5-də dəniz yolu ilə Rusiya neftinin alışını dayandırdığın elan edib. Həmçinin Rusiya neftinin barelinə 60 dollardan aşağı qiymət tətbiq etmək qərarı verib.
Rusiya isə tavan qiymət tətbiqinə qatılan ölkələrə neft tədarük etməyəcəyini və ixracatını Çin və Hindistan başda olmaqla Asiya bazarlarına yönəldəcəyini açıqlayıb.