Aqanspahiç “Sumqayıt”dan niyə ayrılıb?
    • 7-01-2023, 00:30
    • 202

Aqanspahiç “Sumqayıt”dan niyə ayrılıb?

Bosniya və herseqovinalı futbolçu Almir Aqanspahiç bu mövsümün əvvəlindən icarə əsasında oynadığı “Sumqayıt”dan ayrılıb.

News24.az Komanda.az-a istinadla xəbər verir ki, 27 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu Serbiya “Çukariçki”sinə qayıdıb.

O, bununla bağlı “sportklub.rs” saytına açıqlamasında bildirib ki, hər şey müqavilə ilə məxsus olduğu Serbiya klubunun istəyi ilə gerçəkləşib:

“Son matçımı dekabrın 24-də keçirdim. Klub məni icarədən geri qaytarmaq qərarına gəldi. Məşqçilər korpusu ilə razılaşaraq bir neçə gün istirahət etdim və Yeni ili doğma Sarayevoda qarşıladım. İndi isə yenidən doğma komandama qayıtdım”.

“Sumqayıt”da əvvəlki baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında müntəzəm olaraq oynadığını söyləyən Aqanspahiç Samir Abasovun gəlişindən sonra ehtiyatda qaldığını vurğulayıb: “15 oyun keçirsəm də, bundan razı deyiləm”.

Təcrübəli hücumçu ilk növbədə Azərbaycandakı stadionların infrastrukturunun, məşq şəraitinin onu çox təəccübləndirdiyini əlavə edib: “Sumqayıtda yeni arena tikilib, tezliklə açılışı olacaq. Digər tərəfdən, ölkədə “Qarabağ” kimi çox keyfiyyətli klublar var. Yeri gəlmişkən, “Çukariçki” Türkiyədəki hazırlıq zamanı onlarla yoldaşlıq oyunu keçirəcək”.

“Sumqayıt” cari mövsümün əvvəlində icarəyə götürdüyü Aqanspahiçlə yayadək müqavilə imzalamışdı.