Azərbaycanda məktəbli oğlan anasının sevgilisini BIÇAQLADI
    • 7-01-2023, 14:20
    • 189

Azərbaycanda məktəbli oğlan anasının sevgilisini BIÇAQLADI

Tərtərdə bıçaqlanma hadisəsi olub.

News24.az
lent.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 5-də rayon ərazisində qeydə alınıb.

Rayon sakini olan 16 yaşlı R.H. həmyerlisi H.D.-ni bıçaqlayıb.Məlumata görə, H.D. R.H.-nin anasının sevgilisi olub. Onun qısqanclıq səbəbi ilə hadisəni törətdiyi bildirilir.

Qeyd edək ki, həmyerlisini bıçaqlayan R.H. Tərtər rayonundakı orta məktəblərin birinin 10-cu sinfində təhsil alır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, faktla bağlı Tərtər Rayon Polis Şöbəsində istintaq aparılır.