Bakıda tanınmış şirkətin rəhbəri və işçiləri həbs edildi -FOTO
    • 7-01-2023, 14:32
    • 257

Bakıda tanınmış şirkətin rəhbəri və işçiləri həbs edildi -FOTO

"Zamin Əmlak Agentliyi”nin direktoru və əməkdaşları həbs edilib.
 

News24.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar ümumilikdə 78 nəfərin 1 490 200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pulunu alıb ələ keçirərək dələduzluq ediblər. Belə ki, vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərə xüsusilə külli miqdarda  ziyan vuran qrup üzvləri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
 
Xətai rayonunda fəaliyyət göstərən "Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan Oqtay Zərbalıyev, həmin agentliyin satış menecerlərin Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən ümumilikdə 78 nəfərə şəxsi qarşı dələduzluq ediblər. Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1.490.200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pul alıb ələ keçirərək dələduzluq ediblər.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət İşi başlanılıb. Oqtay Zərbalıyev və qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Saxlanılanların digər şəxslərə qarşı da analoji cinayətlər törətməsi istisna edilmir. Onlarn qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Xətai Rayon Polis İdarəsinə, "102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.