Türkiyədə azərbaycanlı dənizçi öldü – Gəmidə halı pisləşdi və...
    • 9-01-2023, 14:47
    • 235

Türkiyədə azərbaycanlı dənizçi öldü – Gəmidə halı pisləşdi və...

Türkiyədə azərbaycanlı dənizçi vəfat edib.

News24.az-ın əldə etdiyi məlumata görə, beynəlxalq sularda üzən gəmidə baş mexanik vəzifəsində çalışan əslən Sabirabad rayonundan olan
Hakim Babayevin halı qəfil pisləşib. Gəmi dərhal sahilə yan alıb və H.Babayev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Vəfat edən dənizçinin cənazəsinin ölkəyə gətirilməsi üçün iş aparılır.

Taleh BAĞIROV