Biləsuvarda kütləvi dava zamanı iki nəfər xəsarət aldı
    • 10-01-2023, 01:00
    • 427

Biləsuvarda kütləvi dava zamanı iki nəfər xəsarət aldı

Biləsuvar rayonunda kütləvi dava olub.

Hadisə rayonun Xırmandalı kəndində marketlərin birinin yaxınlığında qeydə alınıb.

Teleqraf.com hələlik məlum olmayan səbəbdən bir neçə nəfər arasında düşən dava zamanı iki nəfər, Bakı şəhər sakinləri,1983-cü il təvəllüdlü V. Məmmədov və 1963-cü il təvəllüdlü K. Haqverdiyev müxtəlif bədən xəsarətləri alıb.

Onlar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. /Teleqraf.com/