Tovuzda çay evində kütləvi dava olub, ölən və yaralılar var
    • 12-07-2022, 00:43
    • 386

Tovuzda çay evində kütləvi dava olub, ölən və yaralılar var

Tovuzda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, 2 nəfər bıçaqlanıb.

Hadisə rayonun Aşağı Quşçu kəndindəki çay evində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanaraq qətlə yetirilib. 1987-ci il təvəllüdlü Tağıyev Anar Məmməd oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır. /APA/