Ötən sutkada 7 nəfər xilas edildi
    • 10-01-2023, 10:35
    • 193

Ötən sutkada 7 nəfər xilas edildi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dan News24.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində "ВАЗ" markalı minik avtomobilinin yol kənarında dirəyə çırpılması nəticəsində müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.

Həmçinin, Yuxarı Şirvan kanalının Yevlax şəhəri, Xanabad kəndindən keçən hissəsində batması ehtimal olunan 1 nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.