-
- 10-01-2023, 11:30
- 304
Sürücülər 40 manat cərimə olunacaqlar - XƏBƏRDARLIQ
Baş DYP İdarəsi piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib.
News24.az -ın məlumatına görə, İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.
Onun sözlərinə görə, qarlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır: "Mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı yollarda daha məsuliyyətli olmalıdır. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də şinlərin mövsümə uyğun olmasına və əyləc sisteminin sazlığına əmin olmalı, qar sularının yollarda yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar".
"Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Belə sürücülər aşkar edildiyi təqdirdə barələrində İXM-nin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Nəzərə almaq lazımdır ki, şaxtalı havada piyadaların suyla islanması xoşagəlməz bir hal yaradır. Bütün sürücülər yollarda hərəkət edərkən piyadalarıda nəzərə almalıdırlar. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan qarşıya keçməyi tövsiyyə edirik" - R.Tağıyev əlavə edib.
Qeyd edək ki, piyadaların üzərinə su sıçradan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar.