-
- 11-01-2023, 17:23
- 303
"Uşaqpulu bu yolla verilə bilər" – Əkrəm Həsənov AÇIQLADI
“Fevralın 1-də Vergi Məcəlləsinin 102.1.22-ci maddəsi ilə əmanətlər üzrə faiz gəlirinin 7 il müddətinə (2016-cı ildən) vergidən azad olunması haqda müddəası qüvvəsini itirəcək. Həmin gəlir üzrə Məcəllənin 123-cü maddəsinə əsasən 10% vergi tutulacaq. Bu gün manat əmanətçiləri banklardan təxmini 10% illik gəlir götürürlər. Vergi ödədikləri halda 10% deyil, 9% gəlir əldə edəcəklər. Elə də böyük fərq deyil. Buna görə də əmanətərin ciddi azalması üçün əsas yoxdur. Əslində 10% vergi azdır, heç olmasa 20% tutmaq lazımdır.”
News24.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Əkrəm Həsənov Feysbuk hesabında yazıb.
O bildirib ki, illər boyu əmanətçilərin faiz gəliri üzrə vergi ödəməməsi düzgün deyildi: “Necə olur ki, kasıb vətəndaş gəliri üzrə 14%, xərci üzrə 18% (ƏDV), üstəlik əmlak və torpaq vergisi ödəyir, amma artıq pulu olan əmanətçi 10%-lik vergini ödəmir? Ailələr var ki, banklarda milyonlarla vəsait saxlayır. Xeyir ola vergi vermirlər?”
O əlavə edib ki, bütövlükdə vergi sisteminə yenidən baxılmalıdır: “Varlılar daha çox vergi ödəməlidir! Xüsusən də torpaqları və malikanələri üzrə. Kasıbın daxması və zənginin villasından eyni verginin tutulması ədalətsizliyin pik həddidir. Varlılardan toplanılan verginin ilk təyinat yeri kasıblara uşaqpulunun verilməsi ola bilər”.