BŞİH-ə yeni şöbə müdiri təyin edilib

BŞİH-ə yeni şöbə müdiri təyin edilib Sosial
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil fondunun uçotu şöbəsinə yeni müdir təyin edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kərəm Qədirli Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil fondunun uçotu şöbəsinin müdiri təyin edilib. /APA/