Vasif Talıbovun qızı da vəzifəsindən azad edildi
    • 12-01-2023, 11:02
    • 312

Vasif Talıbovun qızı da vəzifəsindən azad edildi

"Naxçıvan Bank" ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.

News24.az
xəbər verir ki, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərəcəkk, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.
Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, "Naxçıvan Bank" 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir./ milli.az