Gürcüstan Azərbaycana 98 milyon dollarlıq siqaret satıb
    • 21-01-2019, 16:41
    • 857

Gürcüstan Azərbaycana 98 milyon dollarlıq siqaret satıb

Ötən il Gürcüstandan siqaretin təkrar ixracı illik müqayisədə 254% artaraq 149 mln. dollar təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

2018-ci ildə Gürcüstandan təkrar ixrac olunmuş siqaretlərin 65,7%-i Azərbaycanın payına düşüb. Azərbaycan qonşu ölkədən 98 mln. dollar dəyərində siqaret idxal edib.

Ötən il Gürcüstanın siqaret idxalı isə 82% artaraq 186 mln. dollar təşkil edib. 

//Report