"Media subyektlərinin bir sıra vergilərdən azad olunması nəzərdə tutulur"
    • 12-01-2023, 12:17
    • 181

"Media subyektlərinin bir sıra vergilərdən azad olunması nəzərdə tutulur"

"Biz bu müddət ərzində hədəflərimizi müəyyən etmiş olduq. Bu hədəflərin müəyyən olunmasında media ekspertlərinin fəaliyyətləri mühüm rol oynadı".

News24.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib. İcraçı direktor əlavə edib ki, agentlik bir sıra  hədəflərin həyata keçirilməsinə nail olub: 

"Bunlardan birincisi, ənənəvi rəqəmsal mediaya uğurlu keçidin təmin edilməsi, həmçinin media subyektlərinin kadr, infrastruktur və texniki potensialının gücləndirilməsidir.  Cəmiyyətin mediaya etimadının artırılması da ən mühüm hədəflərimizdən biridir. Media subyektlərinin müasir dünya trendlərinə uyğunlaşması mühüm hədəflərimiz sırasındadır. Qeyd edim ki, media subyektlərinin 3 il müddətinə bir sıra vergilərdən azad olunması nəzərdə tutulur".

Aynurə