Tacirdən İlahəyə cavab gəldi: “İt hürər, karvan keçər”
    • 12-01-2023, 15:58
    • 231

Tacirdən İlahəyə cavab gəldi: “İt hürər, karvan keçər”

Müğənni Tacir Şahmalıoğlu ilə həmkarı İlahə Fəda arasında qalmaqal daha da alovlanıb. İlahənin “Qardaş, get sənətlə məşğul ol. Qardaş dedim üzr istəyirəm qardaşlardan. Biri var musiqiçi, biri də var manıs” deməsi Taciri “cin atına mindirib”.

News24.az  Bizim.Media-ya istinadla xəbər verir ki, Şahmalıoğlu “Şou xəbər” verilişinə müsahibəsində Fədanın fikirlərini sərt şəkildə cavab verib.

“İlahəyə şəfa arzulayıram, qoy sağalsın. O insan normal deyil. Səviyyəmiz başqadır. Dəfələrlə haqqımda “Böyük ürəyə sahib olan sənətkar bu necə gözəl oxumaqdır” deyən insan indi mənə qarşı aqressivləşib. İlahə Fəda fanatım kimi gəlib bu sənətə. Pərəştişkarım olub. Məni Fəda Laçına qısqandığı üçün bizi ayırıb. Bunun başqa adı yoxdur. İt hürər, karvan keçər”, - deyə Tacir vurğulayıb.