"Başına elə oyun açaram ki..." Tacirlə İlahə Fəda bir-birini BİABIR ETDİ -VİDEO
    • 27-01-2020, 14:00
    • 1 403

"Başına elə oyun açaram ki..." Tacirlə İlahə Fəda bir-birini BİABIR ETDİ -VİDEO

"Mən 11 yaşımda bir əsər oxudum, hələ də sevilir. Üç-dörd filmdə çəkilmişəm. Oxuduğum da "Qızıl fond"dadır. İndiyə qədər də yazıb-yaradıram. Ona heç xanım demirəm, o ifadə ona yaraşmır - İlahə Fəda. Xalq üçün bunları etmişəm, sən nə etmisən? Çıxıb efirdə kimin əqidəsindən danışır? Kim ona bu haqqı verib? Rövşanə Ağasəfqızının verilişində ağzına gələni deyib. İsti havada oğlumla girib suyun altına, video çəkmişəm. Deyir ki, kimə nəyi sübut edirsən? Mən kimliyimi sübut etmişəm. Amma, sən kimsən, bilinmir".

News24.az xəbər verir ki, bu sözləri müğənni Tacır Şahmalıoğlu İlahə Fədanın ünvanına deyib: "Kimliyini sübut edərəm, amma heyf ki, ortada Fədayə Laçın var. Ondan keçə bilmirəm. Anası da gözəl xanımdır. Anası onun yanında danışmaqdan qorxur. Kimsən çıxıb tərbiyədən danışırsan?".

Qarşı tərəfin cavabı gəcikməyib. İlahə telefonla studiyaya bağlanaraq xoşagəlməz ifadələr səsləndirib: "İt hürər, kərvan keçər".

T.Şahmalıoğlu isə onun sözlərinə bu cür cavab verib: "Düz deyirsən, adam tərbiyədən danışır. 10 milyon xalqın qarşısında bu nə sözdür danışırsan? Get, güzgünün qabağında dur, gör qadına oxşayırsan? Kim sənə bu haqqı verib ki, belə danışırsan? Başına oyun açaram. Amma kişiliyimə yaraşmaz. Mənə ayıb olar, durub hansısa qadınla mübahisə edim. Onunla heç bir problemim, qəsdi-qərəzim yoxdur".

Sevda Bayramova