-
- 21-01-2019, 17:49
- 2 307
İşdən çıxarılandan sonra Azərbaycandan köçən məmurlar: Onlar indi haradadır? - FOTO
Vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda xaricdə yaşayan sabiq məmurların siyahısını təqdim edirik:
Milli Məclisin sabiq sədri Rəsul Quliyev hazırda ABŞ-da yaşayır. 1993-1995-ci illərdə ölkə parlamentinə rəhbərlik edən R.Quliyev hələ Bakı Neftayırma zavoduna rəhbərlik etdiyi dövrdən korrupsioner məmur kimi ad çıxarmışdı. Hətta yaxın ətrafı "Rəsul Quliyev həm "yeyir”, həm də "yedizdirir” təbliğatını apararaq, onu təmizə çıxarmağa çalışırdılar.
Vaxtilə iqtidarı tənqid edənləri topa tutan R.Quliyev vəzifədən azad ediləndən sonra ABŞ-a köçdü və hazırda okeanın o tayında yaşayır. Bir neçə dəfə Azərbaycana qayıdacağı anonsunu versə də, buna cəsarəti çatmayıb və sadəcə uzaqdan-uzağa qeybətçiliklə məşğul olub. Florida ştatında dəyəri 10 milyonluq villada yaşayan və 23 ildir işsiz olan eks-spikerin bu sərvəti hansı yollarla əldə etdiyi heç kəsə sir deyil.
Sabiq Baş nazir Fuad Quliyev hazırda Ukraynada yaşayır. Yüksək vəzifədən azad edildikdən sonra ümumiyyətlə diqqətdən kənarda qalan F.Quliyevi cəmiyyətdə çoxları tanımır. Baş nazir postunu Sürət Hüseynovdan alıb, Artur Rasizadəyə təhvil verən F.Quliyev ixtisasca iqtisadçıdır. Son təyinata qədər bir çox yüksək vəzifələrdə və Baş nazirin müavini vəzifəsində çalışıb.
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov hazırda Rusiyada yaşayır. "İstiqlal” ordeni ilə vəzifədən azad edildikdən sonra Moskvaya köç edən A.Abbasov Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədridir. Cəmiyyətdə daha çox "Moskvanın adamı” kimi tanınan A.Abbasov rəsmi olmasa da, özünü Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri kimi təqdim edir.
Sabiq Xarici İşlər naziri Tofiq Qasımov hazırda İsveçrədə yaşayır. 2000-ci ildən siyasi fəaliyyətini donduran T.Qasımov əvvəlcə Türkiyəyə getsə də, sonradan yolunu Avropadan salıb. Lütsern Universitetində çalışan sabiq nazir 20 ilə yaxındır sırf elmi fəaliyyətlə məşğul olur. 1992-1993-cü illərdə ölkənin diplomatik siyasətinə rəhbərlik edən T.Qasımov bir müddət Müsavat Partiyasının Divan üzvü olub.
Milli Məclisin sabiq deputatı Rza İbadov hazırda Fransada yaşayır. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin uzvü, 1995-2000-ci illərdə isə Milli Məclisinin Beynəlxalq Münasibətlər Komissiyasının sədri işləyən R.İbadovun Londonda sahibkarlıq fəaliyyəti məşğul olduğu iddia olunur. Ara-sıra Bakıya gələn Rza İbadov mətbuata müsahibələr versə də, ümumiyyətlə ictimai-siyasi fəaliyyətlə məşğul deyil.
Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri Becan Fərzəliyev hazırda Türkiyədə yaşayır. Qardaş ölkədə elmi araşdırmalar aparan sabiq Baş nazirin "Nobel” mükafatına da iddialı olduğu deyilir. Siyasi fəaliyyəti heç də uğurla olmayan, təmsil olunduğu hökümətə dönük çıxan B.Fərzəliyevi cəmiyyətdə çox az adam tanıyır.
//Azxeber