"Yalı çapkını"nın aktyorunu ifşa etdi - FOTO
    • 13-01-2023, 08:03
    • 296

"Yalı çapkını"nın aktyorunu ifşa etdi - FOTO

"Yalı çapkını" serialı ilə məşhurlaşan gənc aktyor Mert Ramazan Demir növbəti dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, aktyor barədə "İşter Benim Stilim" yarışması ilə tanınan Bahar Candan paylaşım edib. 

Sosial şəbəkələrdəki paylaşımları ilə adından söz etdirən B.Candan Mert Ramazan Demirlə şəxsi yazışma səhifəsi yayımlayıb.

Candanın paylaşımını görənlər heyrətlərini gizlədə bilməyiblər.

Bahar Candan "İnstaqram"ın hekayə bölməsindəki paylaşımında Mert Ramazan Dəmirin aralarında olan yazışmanın ekran görünütüsünü çəkdiyini iddia edib.

Candan "Mən artıq kişilərə güvənmirəm. O, dərhal ekran görünütüsünü çəkdi. O yazışmaları yayımlamamışdan öncə mən paylaşdım" sözlərini yazıb. //Haber Global

Teymur MƏMMƏDOV