Müharibə əlillərinə verilən Prezident təqaüdü artdı - MƏBLƏĞ
    • 13-01-2023, 10:42
    • 317

Müharibə əlillərinə verilən Prezident təqaüdü artdı - MƏBLƏĞ

Prezident İlham Əliyev gözdən əlillərə verilən Prezident təqaüdünün artırılması barədə fərman imzalayıb.

News24.az xəbər verir ki, fərmana əsasən, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 manat müəyyən edilib.

Qeyd edək ki, bu məbləğ indiyədək 210 manat idi.