Azərbaycanda tanınmış idmançı niyə qəfil ÖLDÜ
    • 13-01-2023, 12:26
    • 281

Azərbaycanda tanınmış idmançı niyə qəfil ÖLDÜ

Azərbaycanlı cüdoçu və məşqçi qəfil vəfat edib.

News24.az xəbər verir ki, 2 saylı Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Süleymanov dünyasını dəyişməsinin səbəbləri açıqlanıb. Əldə etdiyimiz məlumata görə, R.Süleymanovun bədən hərarəti qəfil yüksəlib və onun ağciyərlərində sətəlcəm əlamətləri müşahidə edilib. Tibbi müdaxiləyə baxmayaraq qısa vaxt sonra tanınmış idmançı vəfat edib. 

Qeyd edək ki, Rüfət Süleymanov "Judo Masters Club"un da rəhbəri idi.

Taleh BAĞIROV