"Bakubus" avtobusu təhlükə yaratdı - VİDEO
    • 13-01-2023, 15:00
    • 322

"Bakubus" avtobusu təhlükə yaratdı - VİDEO

Bakı sakini avtomobili ilə şəhərin mərkəzində hərəkətdə olarkən "Bakubus" MMC-yə məxsus marşrut avtobusunun ona təhlükə yaratdığını bildirib.

News24.az xəbər verir ki, videogörüntülər yayan şəxs yanvarın 9-da qarlı-şaxtalı hava şəraitində marşrut avtobusunun təhlükəli ötmə manevri edərək sürücünün iritutumlu avtobusu onun maşınının üzərinə sürdüyünü deyib. Həmin görüntüləri təqdim edirik.

Qeyd edək ki, "Bakubus" avtobuslarının təhlükəli manevr etmələri, sürücülərin özbaşına hərəkətləri barədə tez-tez şikayətlər səslənir.

Taleh BAĞIROV